AZ

“Azəriqaz”dan smart kartlardakı problemlə bağlı - Açıqlama

Qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra “Azəriqaz” İstehsalat Birliyinin smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb.

Abonentlər sosial şəbəkələrdə bildiriblər ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır:

"Smart kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yanvarın 1-i 2026-cı il tarixindən etibarən problem yaranıb. Həmin gün axşam saat 20:00-da problem aradan qaldırılsa da, kütləvi əməliyyatlar zamanı sistemdə təkrar xətalar baş verib. Təqvim ilinin əvvəli olması səbəbilə müraciət sayı da çox olub. Bu səbəbdən əlavə yüklənmə nəticəsində yenidən müəyyən texniki xətalar müşahidə edilib. Lakin yaranan çətinliklərin qısa müddətdə aradan qaldırılması üçün mütəxəssislər tərəfindən ciddi işlər görülür”.

Seçilən
24
2
anews.az

3Mənbələr