Bilindiyi kimi, DÇ-2026-nın final mərhələsinin oyunları üçün nəzərdə tutulan biletlərin qiymətinin baha olması dünyada mənfi reaksiyaya səbəb olmuşdu. FİFA qiymətlərinin yüksək olması ilə bağlı tənqidlərə reaksiya verib.
"Football-plus.az" xəbər verir ki, ali futbol qurumu nəhəng turnirin hər oyunu üçün 45 funt sterlinq dəyərində yeni bilet kateqoriyası təqdim edib. Futbol Tərəfdarları Assosiasiyası bir müddət əvvəl azarkeş qruplarının FİFA ilə qiymətlə bağlı danışıqlar apara bilməsi üçün bilet satışlarının dayandırılmasını tələb etmişdi .
Xatırladaq ki, DÇ-2026-nın finalı üçün büdcəyə uyğun biletlərin qiyməti 4185 dollardan başlayır.
Yeni bilet kateqoriyası turnirin 104 oyununun hər biri üçün ümumi kvotanın 10 faizini təşkil edəcək. Hər ölkəyə milli omandanın oyunları üçün stadionun tutumunun 8 faizi ayrılacaq.
FİFA-nın digər qərarı ilə bağlı xəbər də var. Təşkilat Səudiyyə Ərəbistanının “Əl-Nəssr” klubuna yeni futbolçuların qeydiyyatı ilə bağlı tətbiq olunan qadağanı aradan qaldırıb. Bu barədə tanınmış insayder Fabritsio Romanonun bildirdiyinə görə, aparılan yoxlamalardan sonra “Əl-Nəssr”in artıq bütün qayda və tələblərə tam uyğun hərəkət etdiyi müəyyənləşib.
Qeyd edək ki, qadağa bu il dekabrın əvvəlində tətbiq edilmişdi. “Arriyaditah” nəşrinin məlumatına əsasən, buna səbəb klubun “Mançester Siti”dən transfer etdiyi müdafiəçi Emerik Lyaportun keçidi ilə bağlı ödənişlərdən birini vaxtında həyata keçirməməsi olub. “Əl-Nəssr” bu transfer üçün 9 milyon avro ödəməli idi. Artıq bu planda problem qalmadığı üçün FİFA kluba qarşı qadağanı aradan qaldırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta