AZ

Saatlardır qaz kartlarına niyə pul vurmaq olmur? - RƏSMİ CAVAB

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra “Azəriqaz” İstehsalat Birliyinin “smart-kart” tipli sayğaclarının fəaliyyətində problem qeydə alınıb.

Belə ki, istifadəçilər 36 saatdan artıqdır “smart-kart”lara ödəniş edərkən problemlə üzləşdiklərini deyirlər.

Vurğulanır ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur. Vətəndaşlar terminallarla əlaqə saxlasalar da, onlar öz sistemlərində problem olmadığını, məsələnin “Azəriqaz”dan qaynaqlandığını bildirirlər.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, problem terminalla bağlıdır.

Onun sözlərinə görə, bütün hallarda bu məsələ araşdırılır:

"Problem bizdən qaynaqlanmır. Yəni “Azəriqaz” tərəfdən hər hansı texniki nasazlıq və qazpaylayıcı şəbəkədə problem yoxdur. Sistemdə hər şey qaydasındadı. Hansı tərəfdən qaynaqlanmasından asılı olmayaraq, bütün hallarda "Azəriqaz”da daxil, qarşı tərəfdə də bununla maraqlanır və ciddi araşdırma gedir. Problemin qısa müddətdə aradan qaldırılması üçün müvafiq tədbirlər görülür".

Seçilən
144
cebheinfo.az

1Mənbələr