“Çelsi”nin vingeri Rəhim Sterlinq yaxın vaxtlarda klubunu dəyişə bilər.
Msport.az xəbər verir ki, bu barədə insader Florian Plettenberq məlumat yayıb.
Onun sözlərinə görə, Premyer Liqanın iki klubu – “Vest Hem” və “Fulhem” hücumçunu transfer etmək istəyir. Sterliq “Fulhem” üçün əsas transfer məqsədidir.
İngiltərə millisinin sabiq üzvü cari mövsümdə 1 oyunda belə meydana çıxmayıb. Onun London klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.