AZ

Obameyanqan hökumətin sərt qərarına - Münasibət

style='margin-bottom:10px;'>

Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanq ölkə hökumətinin onu yığmanın heyətindən xaric etməsi, eləcə də milli komandanın fəaliyyətinin dayandırılması və məşqçilər korpusunun buraxılması ilə bağlı qərara münasibətini açıqlayıb. 

QOL.az xəbər verir ki, 36 yaşlı futbolçu fikirlərini sosial şəbəkə hesabında paylaşıb.

“Düşünürəm ki, komandanın problemləri mənim kimi kiçik bir insandan qat-qat dərindir” – deyə Obameyanq yazıb.

Xatırladaq ki, Qabon yığması Afrika Millətlər Kubokunun qrup mərhələsində uğursuz çıxış edib. Komanda Kameruna (0:1), Mozambikə (2:3) və Kot-d’İvuara (2:3) məğlub olaraq F qrupunda sonuncu yeri tutub. Bu nəticədən sonra ölkə rəhbərliyi radikal qərarlar verərək milli komandanın fəaliyyətini dayandırıb və Obameyanq da daxil olmaqla bir sıra şəxsləri yığmadan kənarlaşdırıb.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr