AZ

Yağıntılı və küləkli hava nə vaxtadək davam edəcək?

Bakı. Trend:

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidəolunur.

Trend xəbərverir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 2-si saat10:00-a olan məlumatına əsasən, hazırda bəzi yerlərdə qaryağır.

Qarın hündürlüyü Şahbuzda 38, Qaxda 25, Qusar, Gədəbəydə 20,Zaqatalada (Əlibəy kəndi) 18, Daşkəsəndə 13, Xınalıq, Qrızda 10,Şahdağda 9, Göygöl, Sədərəkdə 6, Kəlbəcər, Laçın, Qubadlı, Şəkidə5, Quba, Xaltan, Ordubadda 3, Ceyrançöl, Naxçıvanda 2, Qobustan,İsmayıllı, Oğuz, Qəbələ, Altıağac, Şamaxı, Şabran, Balakən, Culfa,Şuşa, Xankəndidə 1 sm-dir.

Ölkə ərazisinin bəzi yerlərində qərb küləyi əsir, küləyin maksimalsürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, Goranboy, Tərtərdə23 m/s, Bərdə, Neftçala, Şahdağ, Naftalan, Şabranda 20 m/s,Daşkəsən, Mingəçevir, Gəncə, Ağdamda 18 m/s, Kəlbəcərdə 17 m/s,Şəkidə 15 m/s-dək güclənir.

Şərur, Xaltan, Daşkəsən, Göygöl, Gəncə, Şəki, Qax, Şamaxı, Qrız,Göyçay, Yardımlı, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş500 m-dək məhdudlaşır.

Yanvarın 3-dən ölkə ərazisində hava şəraitinin tədricənmülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi, temperaturun tədricənyüksələcəyi gözlənilir.

Məqalədə:
Seçilən
88
49
az.trend.az

10Mənbələr