AZ

Bəhramı yanvarın 1-də isidən hiss - Foto

Artıq bir neçə ildir ki, 1 yanvar mənim üçün təkcə ilin ilk günü deyil, həm də anamın bu dünyadan köçdüyü gündür.

"Yeni Sabah" xəbər verir ki, bunu "Facebook" hesabında Bəhram Bağırzadə yazıb.

O əlavə edib: "O özü ilə dünyamın bir hissəsini aparsa da, bilirəm ki, onun sevgisi itməyib. Bu sevgi mənim içimdə qalıb, ən çətin anlarımda məni isidir…

O, mənə güclü olmağı öyrətdi və mən çalışıram…

O, mənə yaxın insanları dəyərləndirməyi öyrətdi və mən bunu edirəm…

O, mənə məsuliyyətli olmağı öyrətdi və mən bütün həyatım boyu buna sadiq qalıram…

Elə yaşamağa çalışıram ki, o, mənimlə qürur duysun".


Telegram kanalımız
Seçilən
115
29
yenisabah.az

10Mənbələr