AZ

Güney Azərbaycanda ana dili üçün tribunalar ayağa qalxdı!

Urmiyada “Durnalar Yuvası” idman kompleksində keçirilən voleybol oyunu idman çərçivəsindən kənara çıxaraq ana dili tələbinin açıq ifadə olunduğu ictimai aksiyaya çevrilib.

Sportinfo.az xəbər verir ki, Urmiyə şəhərində Azərbaycan Bələdiyyəsi ilə Qonbəde-Esteqlal komandaları arasında keçirilən qarşılaşma zamanı azarkeşlər Güney Azərbaycanda ana dilində təhsil tələbi ilə tribunaları coşdurublar.

Tamaşaçılar “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” şüarı səsləndirərək ana dilində təhsilin fundamental hüquq olduğunu vurğulayıblar.

Ardınca səslənən “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!” çağırışı isə hadisənin təkcə mədəni deyil, eyni zamanda siyasi-tarixi məna daşıdığını göstərib.

Urmiyada baş verən bu olay Güney Azərbaycanda uzun illərdir davam edən ana dili tələbinin artıq kütləvi məkanlarda daha açıq və cəsarətli şəkildə ifadə olunduğunu nümayiş etdirib.

Tribunaların ictimai platformaya çevrilməsi dil məsələsinin cəmiyyətin özünüdərk prosesində əsas xəttə çevrildiyini göstərir.

Seçilən
76
sportinfo.az

1Mənbələr