AZ

USACC ABŞ–Azərbaycan ticarət və biznes konfransı keçirəcək

Bakı. Trend:

Amerika–Azərbaycan Ticarət Palatası (USACC) Palatanın 30 illiyimünasibətilə ABŞ–Azərbaycan ticarət və biznes konfransıkeçirəcək.

Trend bu barədəUSACC-yə istinadən xəbər verir.

Martın 10-da baş tutacaq konfrans ABŞ və Azərbaycanın dövlətqurumlarının yüksək vəzifəli nümayəndələrini, biznes dairələrini,investorları və maliyyə sektorunun təmsilçilərini bir arayagətirəcək. Konfrans iki ölkə arasında iqtisadi əməkdaşlığıngenişləndirilməsinin müzakirəsinə həsr olunacaq.

USACC bu tədbiri əldə olunmuş nailiyyətlərin, mövcudtendensiyaların təhlili və ABŞ ilə Azərbaycan arasında ikitərəfliticarətin, investisiyaların və innovativ əməkdaşlığıngücləndirilməsinə yönəlmiş gündəliyin formalaşdırılması üçün birfürsət kimi qiymətləndirir.

USACC təsis edildiyi vaxtdan (1995-ci ildən) ABŞ və Azərbaycanarasında ticarət, iqtisadi və mədəni əlaqələrin inkişafı üçünaparıcı platforma rolunu oynayır. Palata son 30 il ərzində dövlətvə özəl sektorlar arasında dialoqun qurulmasında, ticarətintəşviqində, biznesin şaxələndirilməsində və iki ölkə arasındaiqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayıb.

Seçilən
126
2
az.trend.az

3Mənbələr