Amerikalı tanınmış aktyor Tommi Li Consun 34 yaşlı qızı Viktoriya Kaliforniya ştatında yerləşən otellərdən birində ölü vəziyyətdə aşkarlanıb.
Far.Az-in məlumatına görə, bu barədə TMZ portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla xəbər yayıb. Bildirilir ki, Viktoriya Consun meyiti cümə axşamı səhər saatlarında tapılıb.
Hadisə yerinə polis əməkdaşları və məhkəmə-tibbi ekspert cəlb olunub. İlkin məlumata əsasən, gənc qadının ölüm səbəbi hələlik müəyyən edilməyib və araşdırma aparılır.