AZ

Trampın Kiyevə lazım olan təhlükəsizlik zəmanətləri vermə ehtimalı azdır

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Trampın Kiyevə lazım olan təhlükəsizlik zəmanətlərini verməsi ehtimalı azdır.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harrisin keçmiş milli təhlükəsizlik müşaviri Filip Qordon bu barədə "The New York Times" (NYT) qəzetinə yazıb.

O hesab edir ki, Trampın Ukraynaya təhlükəsizlik zəmanətləri vermək istəyi ilə bağlı şübhələr Amerika liderinin heç vaxt Rusiya və Rusiya prezidenti Vladimir Putinlə birbaşa qarşıdurma yaratmaq istəyini göstərməməsindən irəli gəlir.

Bundan əlavə, Tramp vəzifəsinin ilk ilində Kiyevə hərbi və maliyyə dəstəyini azaldıb və dəfələrlə Rusiya-Amerika əməkdaşlığını genişləndirəcəyinə söz verib.

Qeyd olunur ki, ABŞ-ın Ukrayna ilə müzakirə etdiyi müqavilə layihəsində yeni təhlükəsizlik zəmanətlərinin şərtlərinin yalnız qəsdən və davamlı hücum halında tətbiq olunacağı nəzərdə tutulur. Bu cür bəndlər ABŞ prezidentinə hücumu kiçik, təsadüfi və ya müvəqqəti hesab edərsə, zəmanətlərdən imtina etməyə imkan verəcəkdir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
bizimyol.info

1Mənbələr