AZ

İranda etirazçılar Quranı yandırdılar

İranın qərbindəki Həmədan şəhərində etirazçılar Quranı yandırıblar və məscidə hücum etməyə cəhd ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, etirazçılar Sədəf rayonunda digər dini ədəbiyyatları da yandırıblar. Agentlik iddia edib ki, təxminən 20 nəfərdən ibarət başqa bir qrup məscidə hücum etmək istəyib, lakin qarşısı alınıb.

İranda etirazlar dekabrın sonunda İslam Respublikasının valyutası olan rialın devalvasiyası fonunda başlayıb.

Daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramını bərpa etməyə cəhd göstərəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyini bildirmişdi. O, həmçinin Tehranın ABŞ-ın iyun ayında vurduğu raket proqramlarından fərqli olaraq raket proqramını bərpa etmək üçün yeni obyektlər tikə biləcəyini bildirmişdi.

Seçilən
110
publika.az

1Mənbələr