Bakı. Trend:
Braziliyanın keçmiş prezidenti (2019-2022) Jair Bolsonaro dekabrayında əməliyyatdan sonra xəstəxanadan buraxılıb və dövlətçevrilişi işi üzrə cəzasını davam etdirmək üçün Braziliyadakıhəbsxanaya qaytarılıb.
Trend xəbər verirki, bu barədə “O Globo” qəzeti məlumat yayıb.
Həkimlər 70 yaşlı Bolsonaronun vəziyyətini qənaətbəxş hesabediblər. Qasıq yırtığı əməliyyatından sonra sağalması problemsizkeçib, həmçinin onun xroniki hıçqırıqları dərmanlarla uğurlamüalicə olunub.
Daha əvvəl Braziliyanın Federal Ali Məhkəməsi keçmiş prezidentinxəstəxanaya yerləşdirilməsinə icazə vermişdi. Şərti azadlıqdansonra onun həbsxanaya qaytarılması planlaşdırılırdı. Lakin hakimAleksandr de Morais siyasətçinin vəkillərinin onun həbs cəzasını evdustaqlığı ilə əvəz etmək barədə vəsatətini rədd etmişdi.
Qeyd edək ki, Bolsonaro dövlət çevrilişinə cəhdə görə həbscəzası çəkir. 2025-ci ilin sentyabr ayında o, 27 ildən çox müddətəazadlıqdan məhrum edilib.