Bakı. Trend:
Çinli fiziklər ilk dəfə EAST (“Experimental AdvancedSuperconducting Tokamak”) tokamakında plazmanı qızdırmaq üçün yeniyanaşmanı həyata keçiriblər. Bu üsul plazmanı hətta elektronlarınçox yüksək sıxlığı zamanı belə sabit formada saxlamağa imkanverib.
Trend xəbər verirki, tədqiqatın nəticələri “Science Advances” jurnalında dərcolunub.
Alimlərin bildirdiyinə görə, bu yenilik plazmanın özünüdəstəkləyən və sabit termonüvə reaksiyalarını işə salmaq üçün lazımolan sıxlığa çatmasına imkan yaradır.
“Biz tokamaklarda plazma sıxlığını artırmaq üçün əsasmaneələrdən biri olan həddi aşdıq. Başqa sözlə, plazma yanmasınıdəstəkləyəcək yeni nəsil tokamakların və digər termonüvəqurğularının yaradılması üçün yol açdıq,” – Çin, Huacjun Elm vəTexnologiya Universitetinin professoru Çju Pin bildirib.
Tokamaklar yüz milyonlarla dərəcə Selsiyə qədər qızdırılmışplazmanı nazik sap şəklində formalaşdıraraq saxlayan termonüvəreaktorlarıdır. Plazmanın yüksək sıxlığa malik olması reaktorlarıngücünü artırır və səmərəliliyini yüksəldir, çünki bu, hissəciklərarasında reaksiyaların ehtimalını artırır.
Gələcəkdə bu təşəbbüs termonüvə reaksiyalarından enerji hasiledə bilən reaktorların yaradılmasına imkan verəcək.