AZ

Fransada Yeni il gecəsi 1 000-dən çox avtomobil yandırılıb

Bakı. Trend:

Fransada Yeni il gecəsi yandırılan avtomobillərin sayı 1 000-ikeçib.

Trend xəbər verirki, bu barədə respublika Daxili İşlər Nazirliyinin yenilənmişstatistikası məlumat yayıb.

Kommünikedə bildirilib ki, “Keçən illə müqayisədə yanğınnəticəsində zərər çəkən nəqliyyat vasitələrinin sayında artımmüşahidə olunub: 1 173 avtomobil yanıb, ötən il isə 984 avtomobilyanmışdı”. Səhər saatlarında BFMTV hüquq-mühafizə orqanlarındakımənbəyə istinadla gecə ərzində 813 avtomobilin yandırıldığınıbildirib.

Yeni il gecəsi polis əməkdaşlarına bir neçə dəfə xuliqanhücumları baş verib. Hadisələrin əksəriyyəti ölkənin şimal və şərqbölgələrində qeydə alınıb, ən ciddi toqquşmalar Strasburqda başverib. Buna baxmayaraq, Daxili İşlər Nazirliyi hesab edir ki, buhadisələr ötən illə müqayisədə daha az ciddi olub.

Ümumilikdə, Yeni il gecəsi polis və jandarmlar 505 nəfərisaxlayıb, onlardan 403-ü nəzarət altına alınıb. Parisdə isə əsasənzorakılıq və vandalizm ittihamı ilə 125 nəfər saxlanılıb, onlardan75-i həbs edilib.

Seçilən
38
az.trend.az

1Mənbələr