AZ

Mareska “Çelsi”dən ayrıldıqdan sonra kompensasiyasının bir hissəsindən imtina edib

Entso Mareska, gedişinin “Çelsi” üçün maliyyə baxımından faydalı olmasını təmin etmək üçün kompensasiyasının bir hissəsindən imtina edib.

İdman.Biz jurnalist Ben Ceykobsa istinadən bildirir ki, tərəflər sürətli ayrılıqda maraqlı olublar.

Dünən London klubu italiyalı mütəxəssisin baş məşqçi vəzifəsindən azad edildiyini elan edib. Mareska 18 ay idi ki, “Çelsi”də çalışırdı.

İdman.Biz
Seçilən
92
idman.biz

1Mənbələr