AZ

Qambiya sahillərində gəminin batması nəticəsində yeddi nəfər həlak olub

Bakı. Trend:

İspaniyanın Kanar adalarına qanunsuz yolla çatmağa çalışan ənazı yeddi nəfər Qambiya sahillərində Atlantik okeanında həlakolub.

Trend xəbər verirki, bu barədə Qambiya Dövlət Yayım İdarəsi məlumat yayıb.

Məlumata görə, ölkənin paytaxtı Banjul yaxınlığında aşan gəmidəolan 96 nəfər xilas edilib. Hadisə ilə bağlı araşdırmabaşlanıb.

Miqrantlar Qambiya sahillərindən təxminən 1 550 km məsafədəyerləşən Kanar adalarına çatmağa çalışırdılar. Qərbi Afrikadanqanunsuz miqrantları daşıyan gəmilər adətən altı gündən on günəqədər səyahət edir və cinayətkar qruplar tərəfindən Afrikaölkələrindən alınmış köhnə balıqçı gəmilərindən istifadəolunur.

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ildəAfrikadan Kanar adalarına dəniz yolu ilə təxminən 45 000 miqrantgəlib.

Seçilən
118
az.trend.az

1Mənbələr