AZ

Berlində təxminən 400 nəfər saxlanılıb

Bakı. Trend:

Berlində Yeni il şənlikləri zamanı təxminən 400 nəfərsaxlanılıb.

Trend xəbər verirki, bu barədə “Der Tagesspiegel” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Yeni il gecəsi hüquq-mühafizəorqanlarının əməkdaşlarına çoxsaylı hücumlar qeydə alınıb.Paytaxtda təxminən 400 nəfər müvəqqəti olaraq saxlanılıb, ən azı 24polis əməkdaşı isə xəsarət alıb.

Bayram tədbirləri zamanı şəhər küçələrində 3 200 hüquq-mühafizəorqanı əməkdaşı cəlb olunub.

Bildirilir ki, bayram gecəsi ərzində yanğınsöndürmə xidmətinə 1830 zəng daxil olub ki, bu da ötən illə müqayisədə 62 zəng azdır.Yanğınsöndürənlər 11 dəfə hücum və təqibə məruz qalıb. Eynizamanda, təcili tibbi yardım xidmətinə 970 zəng daxil olub ki, buda yeni rekord göstəricidir.

Seçilən
108
az.trend.az

1Mənbələr