"Mançester Yunayted" heyətini gənc ulduzlarla gücləndirmək strategiyasını davam etdirir.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" mərkəz müdafiəçisi Usman Diomande üçün ciddi transfer həmləsi etməyə hazırlaşır.
"Sky Sports"un yaydığı məlumata görə, "Bornmut"un üzvü Antuan Semenyo transferində istədiyi nəticəni əldə edə bilməyən Mançester təmsilçisi diqqətini Portuqaliyada çıxış edən 19 yaşlı istedada yönəldib.
Digər klubların da futbolçuya maraq göstərməsi rəhbərliyi yanvar ayında bu keçidi sürətləndirməyə vadar edib. "Sportinq"in heyətində parlayan Diomande üçün təxminən 62 milyon funt-sterlinq məbləğində təzminat tələb olunur.
Müdafiəçi hazırda Fil Dişi Sahili milli komandasının heyətində Afrika Millətlər Kubokunda çıxış edir. Fiziki gücü ilə seçilən gənc oyunçunun Premyer Liqa tempinə tam uyğun olduğu bildirilir. Yanvar ayı ərzində klubun rəsmi təkliflə çıxış edəcəyi gözlənilir.
Kamil Xudiyev