AZ

Damarımda qatı qan istəmirəm Trampın qeyri adi bəhanəsi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-ınn 79 yaşlı Prezidenti Donald Tramp həm ictimaiyyət qarşısında, həm də şəxsi həyatında qocalma əlamətləri nümayiş etdirir.

Globalinfo.az xəbər verir ki, belə bir iddia ilə “The Wall Street Journal” çıxış edib.

Bildirilir ki, köməkçiləri və dostları onunla daha ucadan danışmağa məcbur qalırlar, çünki Trampın eşitməsində çətinliklər yaranıb.

Qəzetin məlumatına görə, Tramp qolfdan başqa demək olar ki, heç bir fiziki məşqlə məşğul olmur, əsasən duzlu və yağlı qidalarla (hamburgerlər, “kartof fri”) qidalanır və həkimlərin tövsiyələrini tez-tez qulaqardına vurur.

Buna baxmayaraq, ABŞ lideri öz sağlamlığından əmin olduğunu bildirir və bu mövzuda səslənən tənqidlərə mənfi reaksiya verir.

Trampın sözlərinə görə, o, təxminən 25 ildir ki, yüksək dozada aspirin qəbul edir. Məhz bu səbəbdən bədənində asanlıqla göyərmələr əmələ gəlir. Həkimlər ona dozanı azaltmağı tövsiyə etsələr də, Tramp bunu qəbul etməyib.

“Bir az xurafatçı deyiləm. Deyirlər, aspirin qanı durulaşdırır, mən isə istəmirəm ki, ürəyimdən qatı qan axsın. Mən istəyirəm ki, gözəl, duru qan axsın. Bu, məntiqlidir, elə deyilmi?” – deyə Tramp “WSJ”yə müsahibəsində bildirib.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
111
globalinfo.az

1Mənbələr