Bakıda yerləşən özəl xəstəxanada vəfat etdiyi bildirilən 9 aylıq uşaq dəfn üçün Ağcabədiyə aparılarkən ayılıb.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində baş verib. Kənd sakini İsgəndərli Elif Pərviz qızı əvvəlcə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb, vəziyyəti ağırlaşdığı üçün Bakıya göndərilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının öldüyü bildirilib.
Uşaq dəfn üçün kəndə gətirilərkən hazırlıq zamanı həyat əlamətləri müşahidə olunub. Təxminən 3 saat sonra azyaşlı yenidən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta