Bakı. Trend:
Futbol üzrə Qabon millisinin texniki heyətinin bütün üzvləri iləmüqavilələrə xitam verilib, yığmanın fəaliyyəti müddətsizdayandırılıb.
Trend xəbər verirki, bu qərar komandanın Mərakeşin ev sahibliyi etdiyi AfrikaMillətlər Kubokunda uğursuz çıxışı ilə əlaqədar qəbul edilib.
Turnir çərçivəsində keçirdiyi bütün oyunlarda məğlub olan Qabonyığması Afrika Millətlər Kuboku ilə erkən vidalaşıb. Bunun ardıncaQabon hökuməti tərəfindən sərt tədbirlər görülüb.
Rəsmi məlumata əsasən, hökumətin qərarı ilə futbolçular BrunoEkuele Manqa və Pyer-Emerik Obameyanqın milli komandada çıxışetməsi qadağan olunub.