AZ

"Beşiktaş"dan sürpriz mübadilə təklifi - ƏTRAFLI

"Beşiktaş" transfer bazarında maraqlı bir addım atmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, "qara qartallar" Andreas Şjelderupu heyətinə qatmaq üçün "Benfika" ilə danışıqlara başlayıb.

"Record" nəşrinin iddiasına görə, İstanbul klubu bu transferin reallaşması üçün Rafa Silvanı Portuqaliya təmsilçisinə təklif etməyi planlaşdırır. Olası razılaşma halında hər iki futbolçunun klublarını dəyişəcəyi gözlənilir.

Bu mübadilə təklifi həm Türkiyə, həm də Portuqaliya mətbuatında geniş əks-səda doğurub. "Beşiktaş" gənc istedadı heyətinə qataraq hücum xəttini gücləndirmək istəyir. Tərəflərin bu barterə necə yanaşacağı yaxın günlərdə bəlli olacaq.

Kamil Xudiyev

Seçilən
47
1
fanat.az

2Mənbələr