AZ

Bayramdan qalan yeməklər düzgün istifadə olunmalıdırXƏBƏRDARLIQ/VİDEO

Bayramdan qalan yeməklər düzgün istifadə olunmalıdır ki, ciddi problemlər yaranmasın. Çünki bayram süfrəsində hazırlanan yeməklərin zəhərlənməsi böyük fəsadlar verə bilər.

Xezerxeber.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirir ki, bişirilmiş qidaları 2 saatdan çox otaq temperaturunda saxlamaq yolverilməzdir. Şüşə qablarda soyuducuda saxlanılan bişirilmiş qidalar yenidən isidildikdə, temperatur 75 dərəcədən çox olmamalıdır.

Məhsəti Hüseynovanın sözlərinə görə, balıq məhsulları, quş ətindən hazırlanan, yumurtadan hazırlanan məhsullar 1 gün ərazində istehlak olunmalıdır.

Xüsusilə yüksək risk qrupuna aid olan insanlar - azyaşlılar, yaşlılar, xroniki xəstəliyi olan insanlar hamilə və südverən qadınların köhnə yeməklərdən  istifadə etməyi ümüumiyyətlə tövsiyə olunmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
74
xezerxeber.az

1Mənbələr