AZ

Ankarada yemək tapa bilməyən canavarlar insanların yaşadıqları ərazilərə gəldilər

Türkiyənin paytaxtı Ankaranın Beypazarı rayonunda canavarlar peyda olublar.

Moderator.az bu barədə "Hürriyet" qəzetinə istinadən xəbər verir.

Rayon Zafer məhəlləsinin sakinləri gecə saatlarında küçələrdə dolaşan iki canavarı görüblər.

Hesab edilir ki, heyvanlar öz yaşayış ərazilərində kifayət qədər bəslənmədiklərinə görə insan məskənlərinə qədər gedib çıxıblar.

Seçilən
48
2
moderator.az

3Mənbələr