AZ

“Haas” yeni loqosunu təqdim etdi - FOTO

Formula-1 üzrə “Haas” komandası yeni loqosunu ictimaiyyətə təqdim edib.

90deqiqe.Az-ın məlumatına görə,  yenilənmiş loqoda əvvəlki dizayna əlavə olaraq komandanın yeni titul sponsoru olan "Toyota Gazoo Racing" adının yer aldığı bildirilib.

2025-ci mövsümünün yekunlarına əsasən, “Haas” Konstruktorlar Kubokunda 8-ci pilləni tutub. Fərdi sıralamada komandanın pilotları Oliver Berman 13-cü, Esteban Okon isə 15-ci yerdə qərarlaşıblar.

Formula-1 Konstruktorlar Kuboku – 2025 mövsümünün yekun nəticələri:

“Maklaren” — 833 xal

“Mercedes” — 469

“Red Bull” — 451

“Ferrari” — 398

“Uilliams” — 137

“Racing Bulls” — 92

“Aston Martin” — 89

“Haas” — 79

“Kick Sauber” — 70

“Alpine” — 22

Seçilən
65
90deqiqe.az

1Mənbələr