AZ

"Qalatasaray"dan Osimhen üçün rekord qiymət

"Qalatasaray" ulduz hücumçusu Viktor Osimhenin gələcəyi ilə bağlı qəti qərarını verib.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi nigeriyalı futbolçunun sərbəst qalma qiymətini 150 milyon avro olaraq müəyyənləşdirib.

"Sabah" nəşrinin yaydığı məlumata görə, klub bu yüksək məbləğlə ulduz oyunçunu asanlıqla buraxmaq niyyətində olmadığını nümayiş etdirir.

Hazırda Avropanın bir çox nəhəng klublarının maraq dairəsində olan Osimhenin bu qiymətə transfer olunub-olunmayacağı maraq doğurur. "Sarı-qırmızılı" rəhbərlik futbolçunun komandadakı performansından olduqca razıdır. Bu məbləğ reallaşarsa, Türkiyə futbol tarixinə ən baha satış kimi düşəcək.

Kamil Xudiyev

Seçilən
35
1
fanat.az

2Mənbələr