AZ

Mareskanın yerinə əsas namizəd odur

style='margin-bottom:10px;'>

Baş məşqçi Enzo Mareska ilə yollarını ayıran "Çelsi" yeni çalışdırıcı axtarışlarını sürətləndirib. Klub rəhbərliyi bu istiqamatdə artıq əsas namizədini müəyyənləşdirib.

QOL.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ben Yakobs məlumat yayıb. London təmsilçisi hazırda Fransa Liqa 1-də çıxış edən "Strasburq"un baş məşqçisi Liam Rosenioru komandaya gətirmək niyyətindədir. Təyinatın qısa müddətdə rəsmiləşməsi gözlənilir.

Məlumata görə, mətbuatda adları hallanan Ses Fabreqas və Roberto De Zerbi rəhbərliyin siyahısında yer almayıb. "Zadəganlar" Premyer Liqa və Çempionlar Liqası daxil olmaqla, 4 cəbhədə mübarizə aparan komandanı tez bir zamanda sabitləşdirəcək və nəticələri yaxşılaşdıracaq mütəxəssis axtarışındadır.

Qeyd edək ki, "Çelsi" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Komanda 20-ci tur çərçivəsində bazar günü "Mançester Siti" ilə qarşılaşacaq.

Seçilən
47
1
teleqraf.com

2Mənbələr