"Mançester Siti"nin hücumameyilli yarımmüdafiəçisi Bernardu Silva bir neçə nəhəng klubun hədəfindədir.
Fanat.Az xəbər verir ki, "Yuventus" və "Milan" portuqaliyalı ulduzla yaxından maraqlanmağa davam edir. Bu yarışa qoşulan "Barselona" isə Silvaya karyerasını La Liqada davam etdirmək şansı təklif edə bilər.
"Calcio Mercato" nəşrinin məlumatına görə, "Benfika" da öz yetirməsini geri qaytarmaqda maraqlıdır. Lakin təcrübəli oyunçunun karyerasının bu mərhələsində Joze Mourinyunun rəhbərlik etdiyi komandaya keçməyə isti baxmadığı bildirilir. Qeyd edək ki, Bernardu Silvanın gələcəyi ilə bağlı son qərarı yay transfer pəncərəsində verəcəyi gözlənilir.
Kamil Xudiyev