Ağır çəkidə WBA, WBO və IBF üzrə çempion Entoni Coşua avtomobil qəzasından sonra Nigeriyadakı xəstəxanadan evə buraxılıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.
Hadisə bazar ertəsi Laqos-İbadan sürətli yolunda baş verib. E.Coşuanın içərisində olduğu "Lexus" markalı yolsuzluq avtomobili yük maşını ilə toqquşub. İlkin araşdırmalara görə, qəza "Lexus" sürət həddini aşarkən təkərin partlaması nəticəsində baş verib. Coşua və sürücüdən başqa avtomobildə daha iki nəfər olub. Həmin şəxslər - keçmiş çempionun dostları hadisə yerindəcə həlak olublar.
Entoni Coşua dünən gecə saatlarında xəstəxanadan buraxılıb. Həkimlər onun müalicəsini evdə davam etdirə biləcəyini bildiriblər.
Nigeriyanın Laqos və Oqun əyalətlərinin rəhbərlərinin verdikləri açıqlamaya görə, E.Coşua iki yaxın dostunu itirməsindən sonra depressiyaya düşüb.
"Cebheinfo.az"