AZ

Mir Şahin Oktyabr çevrilişinə həsr olunmuş film hazırladı Video

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

“Real TV”nin baş direktoru Mirşahin Ağayev 1994-cü il Oktyabr çevrilişinə həsr olunan sənədli film hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, film hadisələri əsaslı faktlar və ilk dəfə yayımlanan real kadrlarla izləyiciyə çatdırır.

Sənədli filmdə oktyabr hadisələri zamanı baş verənlər həmin dövrdə Azərbaycanın Baş Prokuroru olmuş Əli Ömərov və Prezidentin köməkçisi işləmiş Eldar Namazovun dili ilə şərh olunub. Uzun illər Amerikada yaşayan və Oktyabr çevrilişi zamanı Azərbaycan Respublikası Ali Sovetinin Sədri olmuş Rəsul Quliyev də həmin dəhşətli hadisələr barədə fikirlərini bölüşüb.

Filmdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin terrorun qarşısının alınması üçün gördüyü siyasi tədbirlərdən, dövlət çevrilişini hazırlayan dəstənin ifşasından ətraflı bəhs olunur, eksklüziv kadrlar nümayiş etdirilir. Həmçinin filmdə Heydər Əliyevin hadisələrlə bağlı Baş nazir Surət Hüseynovu sorğu-sual etməsi və yekunda işdən azad etməsi əks olunan real kadrlar əks olunub.

Mirşahinin “Terrorun payız və yaz şumu” adını verdiyi sənədli filmi təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
2
qafqazinfo.az

3Mənbələr