Macarıstanın baş naziri Viktor Orban Avropa ölkələrinə bu il sağlam düşüncəyə qayıtmağı arzulayıb.
Publika.az xəbər verir ki, o, bunu "X" sosial media saytında yazıb.
"Yeni iliniz mübarək! Qoy 2026-cı il sülhün hökm sürdüyü və Avropanın sağlam düşüncəyə qayıdacağı il olsun!", - deyə Orban bəyan edib.
Orban Milad paylaşımında Budapeştin sülhə sadiqliyinin Avropanı doğru yolu izləməyə ruhlandırmasını arzulayıb.
Qeyd edək ki, bir gün əvvəl Orban Rusiya və ABŞ arasında 2026-cı ildə Ukrayna məsələsi ilə bağlı sülh sazişinin bağlanmasının mümkünlüyünü açıqlamışdı.