AZ

Slot: "Frimponqu sürətinə görə aldıq"

style='margin-bottom:10px;'>

"Liverpul"un baş məşqçisi Arne Slott yayda "Bayer"dən transfer etdikləri Ceremi Frimponq barədə danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis 25 yaşlı müdafiəçini sürətinə görə bəyəndiyini deyi:

"Seçimlərə baxarkən, ilk baxdığımız oyunçulardan biri Ceremi idi. Onu çox sürətli olduğuna görə transfer etdik. Sürət başqa bir şeydir. Bu, hücuma çıxmaq üçün vacibdir. Məsələn, PSJ-nin cinah oyunçularına qarşı oynayırsınızsa, sürət çox önəmli rol daşıyır".

Qeyd edək ki, Ceremi Frimponq bu mövsüm "Liverpul"da 11 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Seçilən
122
2
teleqraf.com

3Mənbələr