Aleksandr Uşik növbəti döyüşünü ABŞ promouterləri ilə əməkdaşlıq çərçivəsində keçirmək istəyir.
Publika.az xəbər verir ki, “The National” qəzetinin məlumatına görə, Usik aprel və ya may aylarında Deontey Uaylderlə fərqli promouterlərin rəhbərliyi altında döyüşmək niyyətindədir .
Usikin meneceri Eqis Klimas bildirib ki , ukraynalı idmançı ən azı iki il yarışmağı planlaşdırır.
“Riyadh Season”? Xeyr, bu döyüş ABŞ-dan olan digər promouterlərlə baş tutacaq. Hələlik rəsmi bir şey deyə bilmərik. Həmçinin bir daha “Riyadh Season”la işləməyəcəyimizi də deməyəcəyəm. Amma onlardan heç bir təklif almamışıq.