AZ

Rza “Qəbələ”də ağ günə çıxacaq? – klub onu transfer etmək istədiyini elan etdi

“Neftçi”nin qapıçısı Rza Cəfərov qış “tramsfer pəncərəsi”ndə klubu tərk edə bilər. Bu barədə media qurumları və sosial şəbəkələrdə məlumat yayılıb.

Gənc qapıçını heyətinə qatmaq niyyətində olan klub premyer-liqa iştirakçısıdı. Söhbət “Qəbələ”dən gedir. Bəli, “qırmızı-qaralar” heyətində Səlahət Ağayev kimi təcrübəli qapıçı olduğu halda, məhz Rza ilə güclənmək istəyir.

Bəs, klublar arasında danışıqlar başlayıbmı? Transfer prosesi hazırda hansı mərhələdədi?
Suallarımızı bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Hələ dəqiqləşən transfer yoxdu. “Qəbələ”nin maraqlandığı futbolçular sırasında Rza Cəfərovun da adı var. Fasilədə güclənməyə çalışacağıq. Transfer reallaşacağı təqdirdə ictimaiyyətə bu haqda məlumat veriləcək”.
Maraq üçün qeyd edək ki, Rza cari mövsümdə premyer-liqada meydana çıxmayıb.

KƏNAN BAHADIR
Seçilən
60
1
football-plus.az

1Mənbələr