“Bavariya”nın 30 yaşlı yarımmüdafiəçisi Leon Qoretska karyerasını “Barselona”da davam etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Müqaviləsinin bitməsinə altı ay qalmış yarımmüdafiəçi artıq karyerasını davam etdirmək üçün variantları nəzərdən keçirir. Və hər ehtimala qarşı, o, artıq “Barselona”nın baş məşqçisi Hans-Diter Flikə mesaj göndərərək yenidən onun rəhbərliyi altında oynamaqdan məmnun olacağını bildirib.
“Yuventus”, “Tottenhem” və “Atletiko Madrid” də oyunçunun transferində maraqlıdır, lakin son söz kataloniyalı məşqçiyə aiddir.