"Çelsi" klubu baş məşqçisi Entso Mareska ilə bağlı qərar verib.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" italiyalı mütəxəssislə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mareska 2024-cü ilin yayından London təmsilçisini çalışdırırdı. O, kluba Konfrans Liqası və Klublararası Dünya Çempionatını qazandırıb.