Futbol mövsümlərlə yaşayır, amma ötən il təkcə liqa cədvəlləri və qazanılan kuboklarla deyil, həm də artıq aramızda olmayanların adları ilə yadda qalacaq.
Publika.az 2026-ci ildə futbolun itirdiyi şəxslər haqda məlumat verir:
Denis Lou yanvar ayında vəfat etdi. O, Şotlandiya futbolunun kralı, “Qızıl top” mükafatçısı və “Mançester Yunayted” tarixində üçüncü ən çox qol vuran oyunçu idi. “Müqəddəs üçlük” – Lou, Çarlton və Best Münhen fəlakətindən sonra klubu canlandırdılar. İndi hər üçü dünyasını dəyişib. Lou demensiya ilə uzun sürən mübarizədən sonra 84 yaşında vəfat edən sonuncu əfsanə idi.
Xavyer Dorado 50 yaşını qeyd edə bilmədi. “Real Madrid” məhsulu, Avropa çempionu, akademiyadan Madridin əsas komandasına yüksələn futbolçu. Daha sonra İspaniya liqasının orta səviyyəli komandalarında karyerası başladı və üçüncü divizionda başa çatdı. Daha sonra xəstəlik – xərçəng gəldi.
Dioqo Jota qardaşı ilə birlikdə avtomobil qəzasında öldü. O, 28 yaşında idi. Qarşıda “Liverpul”da, Portuqaliya millisində xeyli titullar olacaqdı. Bunun əvəzin “Enfild”dəki portretlər qaldı.