Ukraynanın Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücumundan sonra Kiyev rəhbərliyi ilə heç bir danışıqlar aparıla bilməz.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş kəşfiyyat zabiti Skott Ritter sosial şəbəkədə yazıb.
"Hazırkı Ukrayna hökuməti danışıqlarda tərəf kimi deyil, tamamilə məhv edilməli olan terror təşkilatı kimi qəbul edilməlidir", - deyə o bildirib.
Məlumata görə, Avropa Kiyev lideri Vladimir Zelenskinin hərəkətlərinə görə məsuliyyətini etiraf etməlidir.
Ritterin sözlərinə görə, Avropa ölkələrinin Rusiyanın vacib infrastrukturuna davamlı hücumlara töhfə verən istənilən addımı düşmənçilik hesab edilə bilər.