AZ

Şahzadə Uilyamın iqamətgahına iki dəfə girən şəxs tutulub

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb. Qeyd olunub ki, 39 yaşlı Derek Eqan ardıcıl iki dəfə - 21 və 23 dekabr tarixlərində - kral ailəsi üzvlərinin təhlükəsizliyindən məsul olan Skotland Yardın xüsusi bölməsinin əməkdaşları tərəfindən iqamətgahın bağlarında saxlanılıb. Kişi ilk hadisədən sonra girov müqabilində azadlığa buraxılıb. Nəşrə görə, Şahzadə Uilyam və həyat yoldaşı Ketrin həmin vaxt Kensington sarayında olmayıblar. O vaxta qədər onlar artıq Britaniya kral ailəsinin ənənəvi olaraq 25 dekabrda Milad bayramını qeyd etdiyi şərqi İngiltərədəki Sandrinqem malikanəsindəki Anmer-hollda qalırdılar. AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
azvision.az

1Mənbələr