Ayna saytına istinadən ain.az xəbər verir.
NATO qırıcıları dekabrda Litva sərhədləri yaxınlığında Rusiya təyyarələrini 13 dəfə müşayiət edib
Litvanın Zoknyai Hava Bazasında rotasiya qaydasında yerləşdirilən NATO qırıcı təyyarələri dekabr ayında Baltikyanı respublikanın hava məkanı yaxınlığında Rusiya hərbi təyyarələrini 13 dəfə müşayiət edib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda deyilir: "İlk müşayiət 9 dekabrda baş tutub. Ən aktiv hal 15 dekabrdan 22 dekabra qədər olub və bu müddət ərzində qırıcı təyyarələr yeddi dəfə havaya qalxıb".
Hava müşayiəti proseduru adi nəzarət tədbiridir. NATO qüvvələri sentyabr ayında bundan 23 dəfə, oktyabrda 15 dəfə və noyabrda 11 dəfə istifadə edib.
Avqustun əvvəlində İspaniya və Macarıstan Hərbi Hava Qüvvələrinin dörd “Eurofighter Typhoon” və dörd “Gripen” qırıcı təyyarəsi olan kontingenti rotasiya əsasında Litva hava bazasına yerləşdirilib. Macarıstan pilotları rotasiyalarını 27 noyabrda başa vurublar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.