AZ

Yanvarın 1 dən qüvvəyə minən QƏRARLAR

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gündən etibarən bəzi qərarlarda dəyişikliklər olacaq. 

"Cebheinfo.az" 1 yanvar 2026-cı ildən qüvvəyə minən dəyişikliklərin siyahısını təqdim edir:

* Tütün məmulatları, elektron siqaret üzrə aksiz vergiləri artırılıb.

* İdxal olunan köhnə minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq.

* Qeyri-formal işləyən şəxslər aylıq 16 manat icbari tibbi sığorta haqqını özləri ödəyəcək. 

* Azərbaycana gətirilən 1 ədəddən artıq mobil telefonların qeydiyyatı üçün 100 manat rüsum alınacaq.

* Evlərini kirayə verənlər üçün vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib.

* Hər ay elektrik enerjisi və təbii qaz üzrə 1 manat sabit tarif tutulacaq.

* Qeyri-neft-qaz özəl sektorda 2500 manatadək maaşdan 3 faiz gəlir vergisi tutulacaq.

* Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabər (65) olacaq.

* Hibrid və elektromobillərin idxalı və satışında ƏDV güzəştinin müddəti başa çatıb.

* Azərbaycanda yığılan elektrikli avtobuslar ƏDV-dən azad ediləcək.

* Media subyektləri vergilərdən azaddır.

* Bankların iflas prosedurunda aktivlərin təqdim edilməsi ƏDV-dən azad edilir.

* Yaşayış minimumu və ehtiyac meyarı 300 manat müəyyən edilir.

* Benzin, dizel və maye qaza görə yol vergisi 3.5 dəfə artırılır: Hər litrinə görə 0.02 qəpikdən 0.07 qəpiyə qaldırılır.

* Mülkiyyətində olan torpaqlarında işləyənlərin siğorta haqqı artırılır.

* Vəkil və mediatorların ödədiyi sosial sığorta haqqı artırılır.

* Fərdi sahibkarların ödədiyi sosial sığorta haqqı artırılır.

* Fərdi iş sahiblərinin (dərzi, aparıcı, çalğıçı və s) sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 5 faiz yox 8 faizi qədər olacaq.

* Kişi və qadın salonları, kosmetoloji mərkəzlərin xidmətlərində ƏDV geri qayıdacaq.

* Alkoqollu və enerji içkilərinin aksiz dərəcəsi artırılır.

Aslan

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
93
1
cebheinfo.az

2Mənbələr