Xətainin icra başçısı Rafiq Quliyevin 31 dekabrda Naxçıvanski litseyində müğənni Röyanı "xüsusi təmtəraqla" qarşılaması ətrafında qalmaqallı müzakirələr hələ davam edir. İnsanlar bir başçı kimi ciddi status sahibinin jestindən narazı qalıblar.
Xətai rayon icra hakimiyyəti açıqlama verib. Bu açıqlama Rafiq Quliyevi müdafiə etməkdən daha çox onu yeni qınaqlara hədəd edib. İcra hakimiyyətinin açıqlamasında "Röya bayram tədbirinə dəvət olunub, evə gələn qonağı qarşılamaqda nə qəbahət var ?!" deyilir.
Ancaq icra hakimiyyətində görünür unudublarki, "evə gələn qonaqların arasında Röyadan başqa, həm də ondan daha ciddi və daha samballı status sahibləri olan şəxslər də var idi, belədə niyə məhz Röya bu sayaq "qurban - sadağa ilə" qarşılandı sualını verənlər haqlı görünür.
Məsələn, həmin tədbirdə millət vəkilləri də var idi, başqa xüsusi səlahiyyətləri olan qonaqlar var idi, onların başçı tərəfindən "nə üçün xüsusi görüntü jestləri ilə qarşılanmaması cavabını gözləyən kəskin sual kimi ortadadır.
Namiq Quliyev