AZ

Azərbaycanda şairlə yazıçı dalaşdı

"Şərif Ağayarla çox mübahisələrim olub, hətta dava səviyyəsinə qədər gəlib çıxmışıq"

"Yeni Sabah" xəbər verir ki, bunu şair Qəşəm Nəcəfzadə yazıçı Şərif Ağayarın 50 illik yubileyi ilə bağlı yazıb. 

Onun sözlərinə görə, sonra bu davanın üstünə oğlu, yazıçı Kəramət Böyükçöl gəlib çıxıb:  

"Kəramət vasitəsilə bir az tərcümə olundum Şərifə. Amma biz, nə Şərif, nə də mən, ədəbi həqiqətimizi heç vaxt inkar etməmişik. Şərif əsl ədəbiyyat adamıdı. Onu danan ədəbiyyatın gerçəkliyini danmış olar. O günü Kəramət deyir ki, ata, Şərif qocalıb. Deyirəm, nə bildin? Deyir, zarafat eləyirsən, xətrinə dəyir. Deyirəm, ədəbiyyat heç vaxt qocalmır, adəbiyyat adamı da heç qocalmır, həmişə müasirdir. Şərif də  belə. Ad günün mübarək, ədəbiyyatın mərkəzində olan, adam".


Telegram kanalımız
Seçilən
110
50
yenisabah.az

10Mənbələr