AZ

Dünyanın ən bahalı yarımmüdafiəçiləri bəlli oldu

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Məşhur "Transfermarkt" portalı dünyanın ən bahalı yarımmüdafiəçilərinin reytinq siyahısını tərtib edib.

Oxu.Az xəbər verir ki, "Real Madrid" futbol klubunun ingiltərəli yarımmüdafiəçisi Cud Bellingem sıralamada ilk pilləni tutur. 22 yaşlı futbolçunun transfer qiyməti 160 milyon avrodur.

"Barselona"nın 23 yaşlı ispaniyalı futbolçusu Pedri reytinq cədvəlində ikinci yerdədir (140 milyon avro). Ən bahalı yarımmüdafiəçilərin ilk üçlüyünü isə 22 yaşlı "Bavariya"lı Camal Musiala (130 milyon avro) tamamlayıb.

Reytinq sıralamasında sonrakı yerlərdə 120 milyon avroluq transfer qiyməti qoyulan üç oyunçu qərarlaşıb: Kol Palmer ("Çelsi"), Deklan Rays ("Arsenal") və Federiko Valverde ("Real Madrid").

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
oxu.az

1Mənbələr