“Sabah”da icarə əsasında çıxış edən Umarali Raxmonaliyev yenidən “Rubin”ə qayıda bilər.
İdmanxeber.az-ın məlumatına görə, Rusiyanın “Sport-Express” nəşri özbək yarımmüdafiəçini qış transfer pəncərəsində Kazan klubunun potensial gücləndirə biləcəyi futbolçular sırasında göstərib.
22 yaşlı futbolçu ötən qışdan “Sabah”da icarə əsasında oynayır. Onun “Rubin”lə müqaviləsi 2025-ci ilin dekabrında başa çatır. “Sabah” isə Raxmonaliyevin icarə müddətini uzatmaq üçün danışıqları davam etdirir.
Qeyd edək ki, Umarali 2023-cü ildə “Bunyodkor”dan “Rubin”ə transfer olunub.