Gürcüstanda yanvarın 1-dən etibarən nəqliyyat vasitələrinin yaratdığı həddindən artıq səs-küyə görə sürücülər cərimələnəcək.
Xezerxeber.az xəbər verir ki, yeni qaydalarla bağlı Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.
Yeni qanuna əsasən, icazə verilən normadan artıq səs-küy yaradan nəqliyyat vasitəsini idarə edən sürücülər 100 lari məbləğində cərimə ediləcəklər.
Qayda pozuntusu təkrarlandığı halda cərimə 200 lariyə, üçüncü və sonrakı hallarda isə 300 lariyə qədər artırılacaq.
Qeyd edək ki, bu qərarın məqsədi şəhərlərdə səs-küy səviyyəsinin azaldılması, əhalinin rahatlığının təmin olunması və yol hərəkəti təhlükəsizliyinin artırılmasıdır.
Yeni tələblər bütün nəqliyyat vasitələrinə şamil olunur.