AZ

“Fənərbağça”nın futbolçusuna 4 böyük təklif

BAKI, 1 yanvar. TELEQRAF

“Fənərbağça”nın braziliyalı müdafiəçisi Rodrigo Bekao karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Teleqraf “Transferfeed”ə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçiyə hazırda 4 təklif var.

Belə ki, “Fiorentina”, “Genoa”, “Torino” və “Hellas Verona” klubları Rodriqonu heyətinə qatmaq niyyətindədir.

Cari mövsüm yaşadığı fiziki problemlər və baş məşqçinin seçimləri səbəbindən Süper Liqada yalnız 1 oyunda iştirak edən futbolçu İtaliyaya dönmək istəyir.

Qeyd edək ki, Rodriqonun “Fənərbağça” ilə mövcud müqaviləsi 2028-ci ilə qədərdir. Transfermarkt məlumatına görə, onun bazar dəyəri 3 milyon avrodur.

Seçilən
82
1
teleqraf.com

2Mənbələr