AZ

"Mənə dua edin" -

Türkiyənin əfsanəvi müğənnisi Cansevər pərəstişkarlarına səslənib. Xərçəng xəstəliyindən əziyyət çəkən sənətçi onun üçün dua etməyi xahiş edib. Metbuat.az xəbər verir ki, qan xərçəngindən əziyyət çəkən məşhur bir müddətdir həkim nəzarətindədir. O, Almaniyada qorxunc xəstəliklə mübarizə aparır. "İyirmi doqquz gündür palatadan kənara çıxmıram. Sabah bir ay olacaq ki, gün üzünə həsrətəm. Amma həvəsdən düşmürəm. İnanıram ki, bu dəhşətli xəstəliyə qalib gələcəyəm. İnanıram ki, hər şey gözəl olacaq. Mənim üçün dua edin. Biz birlikdə xərçəngə qalib gələcəyik", - Cansevər deyib.

Sənətçinin paylaşımına minlərlə şərh yazılıb. Pərəstişkarları müğənniyə Allahdan şəfa diləyiblər.

Seçilən
93
metbuat.az

1Mənbələr