AZ

Ulduzlar Yeni ili səhnədə qarşıladı

Azərbaycanın sənət adamlarının əksəriyyəti 2026-cı ili səhnədə qarşılayıb. 

“Yeni Sabah” xəbər verir ki, bayramı səhnədə qeyd edənlər arasında Xalq artistləri Röya Ayxan, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Zamiq Hüseynov, İradə İbrahimova, Samir Bağırov, Aysel Əlizadə, Nuran, Nura Suri, Gülay Zeynallı, Nəsimi Məmmədov və digər məşhur simalar olub. 

Sənətçilərin bəziləri Bakıdakı restoran, şadlıq evi, hotel və əyləncə mərkəzlərində, bəziləri isə bölgələrdə səhnə alıb. 

Ulduzlar bayram əhval-ruhiyyəsi, geyim tərzləri və xüsusi hazırlanmış səhnə şouları ilə diqqət mərkəzində olublar.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
161
1
yenisabah.az

2Mənbələr